20 Avqust, 2014
ABŞ-dakı etiraz dalğası Gezi hadisələrinə bənzədilir

ABŞ-ın  Ferquson əyalətində Mişel Broun adlı qaradərili gəncin öldürülməsindən sonra böyük qarşıdurma yaranıb. Hökumət tərəfindən nəzarət edilməsi çətinləşən etirazlar zamanı daha bir qaradərili gənc polis tərəfindən öldürülüb. Amerika mətbuatının xəbərinə görə, gənc, polisləri buna məcbur edib. Məlumatda qeyd edilir ki, marketdən enerji içkisi alan oğlan polislərin 1 metrliyinə yaxınlaşaraq onlardan özünə tərəf atəş açmalarını istəyib. Bu zaman gəncin əlində bıçaq olub.

Hadisələrlə əlaqədar açıqlama verən ABŞ prezidenti Barak Obama xaosun əleyhinə olduğunu dilə gətirib.

Simsar.az xarici KİV-ə istinadən məlumat verir ki, əyalətdə gerçəkləşdirilən əməliyyatlar nəticəsində xeyli sayda etirazçı və media nümayəndələri polis tərəfindən saxlanılıb. Bir neçə saat polis nəzarətində qalan jurnalistlərdən biri, “Polis bizi saxlayaraq xəbər verməyimizi məhdudlaşdırmağa çalışdı”, deyə açıqlama verib. Nümayişlər zamanı aralarında 90 yaşlı qocanın da olduğu 31 nəfər saxlanılıb.

Bir həftədir davam edən və güclənən etiraz dalğasi isə CNN-də bir o qədər də yayımlanmır. Bu isə CNN-nin Atlantdakı mərkəzi qarşısında daha bir etiraz aksiyasına səbəb olub.

Digər tərəfdən Beynəlxalq Əfv Təşkilatı Fergusonda baş verənləri  İstanbuldakı Gezi hadisələrinin oxşarı adlandırıb.

 

Ülviyyə


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!