20 Avqust, 2014
Avtobus qəzasında xəsarət alanlar məlum oldu - YENİLƏNİB

Bakıda sərnişin avtobusunun aşması ilə nəticələn yol qəzasında xəsarət alan şəxslərin adları məlum olub.

Klinik Tibbi Mərkəzdən APA-ya verilən məlumata görə, qəza nəticəsində müxtəlif dərəcəli xəsarətlər almış 15  nəfər xəstəxanaya daxil olub, onlardan 3 nəfərinə ilkin tibbi yardım göstərilərək evə buraxılıb.

Qəza zamanı xəsarət alan digər 4 sərnişin - 1974-cü il təvəllüdlü Aidə Hüseynova, 1967-ci il təvəllüdlü Mərcan Cavadova, 2004-cü il təvəllüdlü Gülxanım Mürsəlova və 1962-ci il təvəllüdlü Ceyranxanım Məmmədova isə xəstəxanaya yerləşdirilib.

***19:21

Bakıda sərnişin avtobusunun qəzaya uğraması nəticəsində xəsarət alan şəxslərdən bir neçəsinin adı məlum olub.

Klinik Tibbi Mərkəzdən APA-ya verilən məlumata görə, qəza zamanı 1956-cı il təvəllüdlü Xanmurad Xandadaş oğlu Dostəliyev, 1986-cı il təvəllüdlü Samir Namiq oğlu Qasımov, 2002-ci il təvəllüdlü Ramin Rəhim oğlu Xəlilov, 1993-cü il təvəllüdlü Elnur Ramin oğlu Muradov, 1987-ci il təvəllüdlü Seyidbala Teymur oğlu Cəfərov, 1983-cü il təvəllüdlü Dilqəm Xəlil oğlu Hacıyev, 1994-cü il təvəllüdlü Rufulla Yadulla oğlu Qurbanov və 1951-ci il təvəllüdlü Səyyad Əliş oğlu Cəbrayılov müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

KTM-dən hazırda qəza zamanı xəsarət alan digər 7 nəfərin şəxsiyyətinin dəqiqləşdirildiyi bildirilib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!