20 Avqust, 2014
Ukraynada 1 gündə 34 vətəndaş ölüb

Ukraynanın şərqində yerləşən Donetsk bölgəsində Rusiya tərəfdarları ilə Ukrayna hərbi birləşmələri arasında davam edən qarşıdurmalar nəticəsində son 1 gün ərzində 34 vətəndaş ölüb, 29-u yaralıb.

Vətəndaş ölümləri ilə bağlı açıqlama verən bölgə səhiyyə rəsmiləri xüsusilə Donetskin mərkəzində artan münaqişələrdə hədəfsiz avia zərbələrin edildiyini dilə gətiriblər.

Simsar.az xarici KİV-ə istinadən məlumat verir ki, qarşıdurmalar Donetsk Hava Limanı, Yasynovata və Makeevkada daha da güclü xarakter alıb.

Qeyd edək ki, aprel ayından bəri müxalif silahlı hərəkatı yatırtmağa çalışan Ukrayna ordusu ölkənin şərq bölgələrində müxtəlif əməliyyatlar həyata keçirir. Məlumatlara görə, hərbi qüvvələr Donetskin mərkəzinə doğru irəliləyib.

 

Ülviyyə


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!