20 Avqust, 2014
Taekvondoçumuz qızıl medal qazandı

Azərbaycan idmançısı Səid Quliyev yeniyetmələrin ikinci Yay Olimpiya Oyunlarının taekvando yarışlarının qalibidir.

S.Quliyev (73 kq) finalda almaniyalı Həmzə Adnan Kərimə 10:4 hesabı ilə qalib gələrək Azərbaycana yeniyetmələrin ikinci Yay Olimpiya Oyunlarında ilk qızıl medalı qazandırıb.

Beləliklə, Azərbaycan komandasının aktivində 1 qızıl və 4 gümüş medal vardır.

AzərTAc

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!