20 Avqust, 2014
Gürcü baş nazir “erməni soyqırımı”-nı yad edəcək

Gürcüstanın baş naziri İrakli Qaribaşvilinin 21-22 avqust atrixlərinə baş tutacaq rəsmi səfərinin gündəliyi açıqlanıb.

Simsar.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ri məlumat yayıb.

Bildirilib ki, səfər çərçivəsində İrakli Qaribaşvili Ermənistan prezidenti Serj Sarkisyan, baş nazir Tiqran Sarkisyan, Milli Məclisin pikeri Ovik Abramyan və digər yüksək vəzifəli şəxslərlə görüşəcək. Həmçinin Ermənistan və Gürcüstan Hökumət başçılarının geniştərkibli iclası keçiriləcək.

İrakli Qaribaşvili “erməni soyqırımı” qurbanlarının xatirəsini yad etmək üçün bu abidəni ziyarət edəcək.

Bundan əlavə avqustun 21-də Ermənistan və Gürcüstan baş nazirlərinin mətbuat konfransı təşkil ediləcək.

Bildirək ki, bu, İrakli Qaribaşvilinin Ermənistana ilk səfəri olacaq.

Hüseyn İbadlı

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!