20 Avqust, 2014
Aşıq Samirə yenidən Tovuzda - FOTOLAR

Simsar.Az xəbər verir ki, ötən həftə baba yurdu Tovuzda  vətəni qoruyan əsgərlər üçün konsert proqramı ilə çıxış edən Azərbaycanın əməkdar mədəniyyət işçisi, Sənətşünaslıq elmi üzrə fəlsəfə doktoru Aşıq Samirə yenidən bu şəhərdə səfərdədir. Samirənin bu gedişi dillər əzbərinə çevrilən "Tovuzum" mahnısına klip çəkdirməkdir.

Sözləri Fədai Qaraxanlı, musiqisi Cabbar Musayevə məxsus olan bəstəni rejissor Nail Hüseynin (Naiboğlu) komandası ekranlaşdırır.

Simsar.Az a verdiyi açıqlamasında Aşıq Samirə kamera önünə keçməsinin məmnunluğunu bu sözlərlə dilə gətirdi :

"Havanın isti olmasına baxmayaraq Nail və onun komandası yorulmaq bilmədən çəkilişləri davam etdirirlər. Əsas məqsədimiz Tovuzun gəzməli-görməli məkanları görüntüləməkdir.

Əminəm ki, klip hazır olduqdan sonra tamaşaçılar çəkdiyimiz zəhməti müsbət qiymətləndirəcəklər".

Samirənin fərqli imici üzərində Şanel Anar kimi tanınan stilist çalışır.

Çəkilişləri davam edən klipdən olan bəzi fotoları oxucularımıza təqdim edirik.

 

Şahin Cavadsoy

Simsar.Az

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!