20 Avqust, 2014
Nazirlikdə kadr dəyişikliyi

Rabitə və Yüksək Texnologiyalar Nazirliyində müşavir təyinatı olub.

“APA-Economics”in xəbərinə görə, nazir Əli Abbasovun əmri ilə qurumun mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirov nazirin müşaviri təyin edilib.

Nazirliyin informasiya-təbliğat işi, ictimaiyyətlə əlaqələr, multimedia mərkəzi və internet resurslarına ümumi rəhbərlik nazirin müşavirinin səlahiyyətlərinə aiddir.

M. Əmirov “APA-Economics”ə faktı təsdiqləyib və göstərilən etimada görə təşəkkürünü bildirib

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!