20 Avqust, 2014
I sinfə qəbul bu gün bitir

Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu ilə bağlı aparılan elektron ərizə qəbulu bu gün bitir.

BŞTİ-dən Simsar.az-a verilən məlumata görə, avqustun 19-na qədər qeydiyyatdan keçən 2697 nəfər müsahibələrdə iştirak edib, 98 nəfər isə iştirak etməyib.

Müsahibələrdə iştirak edən uşaqların 1515 nəfəri I sinfə qəbul olub, 1182 nəfər isə müsahibədən keçə bilməyib.

Hazırda 3448 nəfər qeydiyyatdan keçib.

Qeydiyyat avqustun 20-dək, müsahibələr isə sentyabrın 10-dək davam edəcək.

 

Aysel


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!