20 Avqust, 2014
Moskvanın mərkəzində Ukrayna bayrağı - FOTO

Moskvada naməlum şəxslər Kotelniçeski bulvarı yaxınlığındakı Stalin yüksəkliyinə Ukrayna bayrağı sancıblar.

Simsar.az Kommersant-a istinadən xəbər verir ki, daha sonra yüksəklikdəki beşguşəli ulduz Ukrayna bayrağı kimi sarı və mavi rənglərə boyanıb.

Moskva hüquq-mühafizə orqanları bildiriblər ki, bayrağı asmaqda şübhəli bilinən alpinist geyimində olan bir neçə gənc saxlanılıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!