20 Avqust, 2014
McDonalds-da daha bir biabırçılıq - Fotolar

Bakı sakini yemək yemək üçün məşhur fast-fud restoranı olan McDonalds-a getməyinə peşman olub. Belə ki, gecə vaxtı restorana gələn sakin aldığı "roll"un kifləndiyini görüb.

Simsar.az xəbər verir ki, qidanın şəkillərini çəkərək Milli.Az-a ünvanlayan şikayətçi məsələnin araşdırılmasını istəyib. Məsələyə McDonalds-ın Bakı filialı aydınlıq gətirib. Restoranın əməkdaşı olanAnar Osmanov Milli.Az-a açıqlamasında bu məqamla bağlı heç bir şikayət daxil olmadığını bildirdi. "McDonalds bütün malları, istər ölkədaxili hazır olan, istərsə də xaricdən gələn malları yoxlayaraq müştərilərə təqdim edir.

Bir neçə saat bundan öncə şəxsən özüm bütün heyətlə anbarlar və restoranlarda gigiyenik cəhətdən yoxlanış keçirtdik. Həmin "roll"arda belə kif deyilən bir şey aşkarlanmadı.

Biz həmişə çalışıb öz müştərilərimizə ən yaxşı məhsullarımızı təqdim etmişik. Əgər bu cür problemlə rastlaşsaydılar, dərhal bizə xəbər verərdirlər", - Anar Osmanov deyib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!