20 Avqust, 2014
Elə atadan, belə oğul - FOTOLAR

Məşhur aktyor Ceki Çanın oğlu narkotik üstündə həbs edilib

Bütün dünyada sevilən aktyor Ceki Çanın oğlu Jaycee Çan, Çindəki evində narkotik saxladığı üçün həbs edilib. Maraqlıdır, şəxsi həyatına hər zaman diqqər edən Ceki Çan özü, Çində narkotik əleyhinə kampaniyaların ən böyük dəstəkçilərindən olub.

Aktyorun oğlunun Pekindəki evindən marixuana tapılıb. Polis testlər zamanı Jaycee Çanın qanında narkotik aşkarlayıb. Jayceeyə narkotiki satan şəxs də həbs edilib.

Qeyd edək ki, Çin qanunlarına görə, 50 qramdan çox narkotik saxlayanlara 3 ildən edama qədər cəza düşə bilər.

Vüsal Qarayev

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!