20 Avqust, 2014
"Real" "Atletiko" ilə bacarmadı - VİDEO

Bu gecə İspaniya superkubokunun ilk oyunu keçirilib.

Simsar.Az-ın məlumatına görə,  fəxri mükafat uğrunda  son Kral Kubokunun qalibi Madridin “Real” klubu ilə ölkə çempionu “Atletiko”(Madrid) üz-üzə gəlib.

Görüş 1:1 hesablı bərabərliklə başa çatıb.

Komandalar arasında cavab oyunu avqustun 23-də keçiriləcək.

Xatırladaq ki, “Atletiko” tarixi ərzində yalnız bir dəfə - 1985-ci ildə İspaniya superkubokunu qazanıb. "Real" isə buna qədər 9 dəfə bu mükafa sahib olub.

20 avqust

İspaniya superkuboku, ilk oyun

02:00. "Real" (Madrid) - "Atletiko" (Madrid)  - 1:1

Qollar: Rodrigez, 81 (1:0), Qarsia, 86 (1:1)

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!