20 Avqust, 2014
Azərbaycanlı Estoniyada vitse-mer oldu

Estoniyanın Paldiski şəhərinin vitse-meri azərbaycanlıdır. Estoniya-Azərbaycan Mədəniyyət Mərkəzindən APA-ya verilən məlumata görə, ötən ay keçirilən seçkilərdə Paldiski şəhərinin birinci vitse-meri vəzifəsinə azərbaycanlı Eldar Babayev seçilib.

Bundan başqa, Azərbaycan diasporunun fəallarından olan Zaur Abbasov seçkilərdə iri şəhərlərdən olan Kohtla Yarve şəhər bələdiyyəsinə üzv seçilib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!