20 Avqust, 2014
Ərdoğandan Obama və Putinə DƏVƏT

ABŞ prezidenti Obama və Rusiya prezidenti Putin, Türkiyənin yeni prezidenti Ərdoğanın andiçmə mərasiminə dəvət ediliblər.

Simsar.az xəbər verir ki, Ərdoğan 28 avqust andiçmə mərasiminə, əvvəlki mərasimlərdən fərqli olaraq, xarici dövlət başçılarını da dəvət edib. Dəvətlilər arasında, Vladimir Putin və Barak Obama da var.

Mərasimə, Türkdilli dövlətlərdən və Körfəz ölkələrindən də  prezidentlər səviyyəsində dəvətlilər olacaq.

Vüsal Qarayev


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!