20 Avqust, 2014
“Beşiktaş” “Arsenal”ı əlindən qaçırdı - NƏTİCƏLƏR

UEFA Çempionlar Liqasının pley-off mərhələsində ilk oyunlar keçirilib. Apasport.az saytının xəbərinə görə, qrup mərhələsinə iddialı 20 komandadan yarısı bu gecə meydana çıxıb.

“Qarabağ”ı III təsnifat mərhələsində mübarizədən kənarlaşdıran “Zalsburq” “Malmö” ilə görüşdən də qalib ayrılıb. “Styaua” isə öz meydanında “Ludoqorets”i son dəqiqələrdə vurulan qolla məğlub edib.

Gecənin ən maraqlı qarşılaşması olan “Kopenhagen”  - “Bayer” matçında qapılara 5 top vurulub. Özü də bütün qollar ilk yarıda qeydə alınıb.

“Böyük beşlik” çempionatlarının iki təmsilçisi – “Napoli” və “Atletik” arasında Neapolda baş tutan görüş heç-heçə yekunlaşıb - 1:1. Gecənin sonuncu matçında da bərabərlik qeydə alınıb ki, İstanbulda ölkəmizdə də minlərlə azarkeşi olan “Beşiktaş”ın “Arsenal”la qarşılaşmasında tablodakı sıfırlar dəyişməz qalıb. Halbuki, London təmsilçisinin 10 nəfərlə qaldığı qarşılaşmada “Beşiktaş” bir neçə real qol vəziyyətindən yararlana bilməyib.

Çempionlar Liqası

Pley-off mərhələsi, ilk oyunlar

19 avqust

“Zalsburq” (Avstriya) - “Malmö” (İsveç) - 2:1

Şimer, 15; Soriano, 54 - Forsberq, 90

“Styaua” (Rumıniya) - “Ludoqorets” (Bolqarıstan) - 1:0

Kibçu, 89

“Beşiktaş” (Türkiyə) - “Arsenal” (İngiltərə) - 0:0

Qırmızı vərəqə: Remsi, 80 (Arsenal)

“Kopenhagen” (Danimarka) - “Bayer” (Almaniya) - 2:3

Yorgensen, 10; Amarte, 13 - Kisslinq, 5; Bellarabi, 22; Son Heunq-Min, 42

“Napoli” (İtaliya) - “Atletik” (İspaniya) - 1:1

İquain, 68 - Muniani, 41

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!