20 Avqust, 2014
İŞİD-dən ABŞ-a MESAJ – FOTO

İŞİD tərəfindən sosial mediada “Amerikaya bir mesaj” adıyla paylaşılan bir videoda, ABŞ jurnalisti olduğu bildirilən bir nəfərin başı kəsilərək edam edilir.

Edam edilənin 2012-ci ildə Suriyada vəzifəsini həyata keçirərkən qaçırılan amerikalı jurnalist James Foley olduğu iddia edilir.

James Foley öldürülmədən öncə bir mətin oxuyur. Mətndə o əsl qatilinin ABŞ hökuməti olduğunu deyir. ABŞ Hava Qüvvətlərində xidmət edən qardaşına səslənərək, “İraqı yaxın zamanda kim bombaladı” - deyə soruşur.

Jurnalistin taleyi Obamanın əlindədir

Videoda görülən, amma hələ ki edam edilməyən digər jurnalist Steven Joel Sotloffun taleyinin isə, Obamanın əlində olduğu bildirilir. İŞİD-ə görə, Sotloffun edamında Obamanın atacağı addım əsas rol oynayacaq. Suriya, Yəmən və Liviyada müxbirlik edən Sofloff isə 2013-cü ilin iyulunda yoxa çıxmışdı.

Açıqlama verən və edamı həyata keçirən İŞİD üzvünün isə səlis ingilis aksenti ilə dan;şması diqqət çəkib.

ABŞ dəhşətə düşəcək

Ağ Ev Beynəlxalq Təhlükəsizlik Məclisi nümayəndəsi Kaitlin Hayden, videonu izlədiklərini və doğruluğunun araşdırıldığını deyib: “Əgər bu doğrudursa, ABŞ bu vəhşilik qarşısında dəhşətə düşəcək”.

“Amerikanın xaçını qıracağıq”

Ərbildə irəliləyən İŞİD-a hava hücumları edən ABŞ, İraq və peşmərgə əsgərlərinin müttəfiqliyini də dəstəkləyincə, təşkilatın əsas hədəfinə çevrilib.

Qısa zaman öncə paylaşılan daha bir videoda isə ABŞ-ı hədəf alan İŞİD, “Amerikanın xaçını qıracağıq” ifadəsini işlədib.

Vüsal Qarayev


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!