20 Avqust, 2014
Zərdabın elektriklə təminatı yaxşılaşdırılıb

Bu ilin son üç ayında “Zərdab” Elektrik Şəbəkəsi Müəssisəsində yenidənqurma və təmir-tikinti işləri aparılıb.

“Azərenerji” ASC-nin mətbuat xidmətindən Simsar.az-a bildirilib ki, şəbəkəyə yeni qoşulan abonentlər üçün 70 ədəd birfazlı sayğac quraşdırılıb və transformator mən­təqələri təftiş edilib.

Bıçaqçı kəndində abonentlərə xidmət göstərən 250 kilovat-amper gücündə transformator yenisi ilə əvəz olunub.

Körpükənd, Gəlmə, Seyidlər və Xanməmməd kəndlərində ümumilikdə 5 transformator təmir edilib.

Müəssisənin kollektivi payız-qış mövsümünə ciddi hazırlaşır.

Vüsal Qarayev


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!