20 Avqust, 2014
Qəzzada atəşkəs alınmadı – İsrail yenə vurdu

İsrail ilə Fələstinli qruplar arasında öncəki gecə 24 saat uzadılan atəşkəsin bitməsinə 7 saat qalmış, Qəzzadan İsrailə 3 raket atıldı iddiasıyla, İsrail qırıcıları hava hucumuna keçiblər.

Hücumlarda biri uşaq 2 nəfər ölüb. Hadisələrin ardından İsrail Baş naziri Benyamin Netanyahunun, Misirin paytaxtı Qahirədəki müzakirələrdən İsrail heyyətini geri çəkdiyi açıqlanıb. İsrail ordu təmsilçisi Peter Lerner, Qəzzadan atılan 3 raketin, Beer Şeva şəhərinə düşdüyünü, ölən, ya da yaralananların olmadığını bildirib.

Həmas: İsrail sabotaj etdi

Həmas təmsilçisi Sami Ebu Zuhri, İsraili Qahirədə irəli sürülən sülh müzakirələrini sabotaj etməkdə günahlandırıb. Zuhri, “Atılan raketlərlə əlaqəmiz yoxdu. İsrailin hücumları, Qahirədəki danışıqları ortadan qaldırmaq məqsədi daşıyır” deyib.

Məlumat üçün bildirək ki, İsrail Qəzza zolağına 8 iyulda havadan və dənizdən, 17 iyulda isə qurudan hücum etmişdi. İsrail bombardımanı və döyüşlərdə 2 min nəfər ölüb. Bir ayı keçən hücumlardan sonra keçən həftə Fələstinli qruplarla İsrail arasında, keçici atəşkəs bağlanmışdı. Atəşkəs, Fələstinli və İsrailli diplomatlar arasında Qahirədə davam edən qalıcı atəşkəs müzakirələrinin tamamlanması üçün ötən gecə 24 saat daha uzadılmışdı.

Tel-Əvivə raket

Həmsın hərbi qanadı İzzəddin Əl Qəssam Briqadası, israilin hücumlarına qarşı Qüdsə və Tel-Əvivdəki Ben Qurion Beynəlxalq Havalimanına j80 tipli raket atdıqlarını açıqlayıb. Havalimanı iddiasını təstiqləməyən İsrail ordusu isə, Tel Əvivin də içində olduğu geniş bir ərazidə yaşayan İsrail vətəndaşlarına raket hücumlarına hazırlıqlı olma xəbərdarlığı edib.

Vüsal Qarayev


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!