20 Avqust, 2014
“Şimal” elektrik stansiyasında enerji bloku tikilir

“Azərenerji” ASC-nin mətbuat xidmətindən Simsar.az-a bildirilib ki, bu il “Şimal” elektrik stansiyası (ES) üzrə texniki iqtisadi göstəricilər yüksəlib. İyul ayında stansiyada 168,8 milyon kilovat-saatdan artıq elektrik enerjisi istehsal olunub. Ötən 7 ayda isə bu göstərici 1 milyard 288,6 milyon kilovat-saat təşkil edib. Enerji istehsalının digər texniki göstəricilərində də yüksək nəticələr qazanılıb.

"Şimal" ES-in inkişaf proqramı uğurla davam edir. Yaponiyanın "Toyo Engineering" şirkəti ilə bağlanmış müqavilə əsasında artıq müəssisədə sayca ikinci 409 meqavatlıq enerji blokunun tikintisinə başlanılıb.

Vüsal Qarayev

 

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!