20 Avqust, 2014
Nazir Qusarda vətəndaşları qəbul edəcək

Mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq mədəniyyət və turizm naziri Əbülfəs Qarayev avqustun 29-da saat 11.00-da Qusar şəhərində vətəndaşları qəbul edəcək.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən Simsar. az-a bildirilib ki,bu şəhərdəki Heydər Əliyev Mərkəzində keçiriləcək qəbulda Qusar, Xaçmaz, Quba, Siyəzən və Şabran rayonlarından olan vətəndaşlar iştirak edəcəklər.

Vətəndaşlar nazirliyin mct@mct.gov.az elektron poçt ünvanı, e-services. mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (qaynar xətt): 147 və ya (012) 493-55-21 nömrəli telefon vasitəsilə (əlaqələndirici şəxs Pərviz İsgəndərli) qəbula yazıla bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşların, həmçinin yuxarıda adları qeyd edilən rayonların mədəniyyət və turizm şöbələri ilə (şənbə və bazar günləri də daxil olmaqla) əlaqə saxlamaları xahiş olunur.

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!