20 Avqust, 2014
“Ocaq” verilişi yeni mövsümə başlayır

Estoniyada artıq 3 ildir fəaliyyət göstərən “Ocaq” radio verilişi yeni mövsümünə başlayır.

Sentyabrın 3-ü “R4” dalğalarında efirə gedəcək verilişdə yaradıcı heyət “Arşın mal alan” filmindən söhbət açacaq, eyni zamanda, operettanın müəllifi dahi bəstəkar Üzeyir Hacıbəylinin doğum gününün də məhz sentyabr ayında olmasını vurğulayacaqlar. Süjetin sonunda Əsgərin ariyası səsləndiriləcək.

Veriliş yeni mövsümdə “Azərbaycan dili” rubrikasına başlayır. Bu rubrika Azərbaycan dilini öyrənmək istəyənlər üçün çox maraqlıdır.

Eyni zamanda, verilişdə Azərbaycan haqqında bilikləri yoxlamaq məqsədilə viktorina da keçiriləcək. Verilən 3 suala birinci doğru cavab tapan dinləyici mükafatlandırılacaq.

Sentyabrın 3-də saat 19.35-də efirə gedəcək verilişin aparıcıları Sənəm Əliyeva və Anara Axundovadır.


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!