20 Avqust, 2014
Nuri Sərinləndirici Moskvada diqqət mərkəzində- ÖZƏL-VİDEOLAR

Simsar.Az-a daxil olan məlumata görə Rusiya paytaxtında fəaliyyət göstərən yerli fm dalğalarında tanımış azərbaycanlı müğənni Nuri Sərinləndiricinin rus dilində ifa etdiyi "Sleva-sprava"

(Sağdan - soldan) mahnısı səsləndirilməkdədir.  Məlumatı Nurinin Azərbaycan üzrə yaradıcı layihələrinə rəhbərlik edən Lamiyyə Ələkbərqızı oxucularımız üçün belə təsdiqlədi:

"Bu yayın hitinə çevrilmiş "Sağdan - soldan" mahnısının müəllifi Leylidir. Və bu mahnıya Nuri Sərinləndirici Taylandda çox maraqlı klip çəkdirib.

Mahnı Moskvada kifayət qədər dinləyici marağına səbəb olduğu üçün Nuri onu rus dilinə də tərcümə etdirərək repertuarına daxil etdi.

Sizə məlumatı hansı mənbə çatdırıbsa düz informasiyadır, çünki ötən həftədən etibarən mahnının rus dilində olan versiyası bir neçə Moskva radiosunda səsləndirilir.

İnşAllah yeni televiziya mövsümündə Nuri qonşu ölkənin bir neçə baxımlı verilişlərində qonaq olacaq.

Rus dilində də hitə çevrilməkdə olan mahnını hansı efirlərdə oxuyacağını sentyabrda hamı biləcək".

Simsar.Az olaraq oxucularımıza həm "Sağdan - soldan" mahnısına çəkilmiş klipin, həm də "Sleva-sprava" mahnısının Youtube linkini təqdim edirik.


Şahin Cavadsoy

Simsar.Az

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!