19 Avqust, 2014
“Qarabağ”la “Neftçi”nin oyunları dəyişdirildi

“Qarabağ” və “Neftçi” futbol klublarının Avropa Liqasının play-off mərhələsinin ilk oyunlarını avqustun 21-də keçirməsi səbəbindən iki oyunun vaxtı dəyişdirilib.

Simsar.az xəbər verir ki, klubların müraciətini nəzərə alan PFL bununla bağlı qərar qəbul edib:

1. Topaz Premyer Liqasının III turunun “Araz Naxçıvan” - “Qarabağ” matçı 23 avqust 2014-cü il tarixindən 24 avqust 2014-cü il tarixinə keçirilib. Əvəzedici heyətlər arasındakı matç 24 avqust 2014-cü il tarixində keçiriləcək.

2. Topaz Premyer Liqasının III turunun AZAL - “Neftçi” matçı 24 avqust 2014-cü il tarixindən 25 avqust 2014-cü il tarixinə dəyişdirilib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!