19 Avqust, 2014
Dini qrupun 1000 üzvü tutuldu

Çində qadağan olunmuş dini qrupun 1000-ə qədər üzvü saxlanılıb.

Simsar.az-ın məlumatına görə, Çinin Daxili İşlər Nazirliyindən verilən açıqlamada bildirilib ki, saxlanılanlar arasında həmin dini qrupun 100 yüksək səviyyəli təşkilatçısı və əsas üzvü də olub.

Qeyd edək ki, üzvləri saxlanılan dini qrupun adı Qüdrətli Allah Kilsəsidir.

Çin iyun ayında restoranda bir qadının qətlindən sonra bu kilsənin onlarla üzvünü həbs edib.

Çində bu kilsəyə qarşı təqiblər 2012-ci ildə başlanıb. O vaxt bu kilsə “qızıl əjdaha” ilə həlledici döyüşə çağırmışdı. “Qızıl əjdaha” deyəndə Çin Kommunist partiyası nəzərdə tutulurdu.

Kilsə həmçinin bildirirdi ki, 2012-ci ildə dünyanın sonudur.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!