19 Avqust, 2014
İsrail "Həmas"a cavab verdi

İsrail Qəzza zolağına yenidən raket zərbəsi endirib.

Simsar.az-ın məlumatına görə, İsrail tərəfi bunun "Həmas"ın atdığı raketlərə cavab adlandırıb.

İsrail höküməti "Həmas"ı atəşkəsi pozmazda ittiham edib. "Həmas"ın raket atəşindən sonra baş nazir Benyamin Netanyahu əmr verib ki, bu raket atəşinə dərhal cavab verilsin.

"Həmas"la İsrail arasında avqustun 18-də 24 saatlıq atəşkəs razılığı əldə olunmuşdu.

Bir aydan çoxdur ki, davam edən döyüşlərdə 2 min fələstinli və 67 israilli ölüb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!