19 Avqust, 2014
Bu çimərlikdə “selfi”yə qadağa qoyuldu

Fransa çimərliyində “şelfi”yə qadağa qoyulub.

Simsar.az xəbər verir ki, Fransanın cənubunda Qarup çimərliyinin adminstrasiyası "selfi" azarkeşləri ilə mübarizə etmək qərarına gəlib. Bunun üçün həmin çimərlikdə "selfi"nin qadağan edildiyini bildirən lövhələr xəbərdarlıq kimi quraşdırılıb. "Selfi"yə qarşı mübarizədə iştirak edən “Three” (Üç) şirkətinin nümayəndələri bu “selfi”lərdən sonra sosial şəbəkələrin ancaq bu şəkillərlə dolduğunu bildirir. Həmçinin, tətil fotolarına daha məsuliyyətlə yanaşaraq onlardan yalnız ən yaxşılarını seçib sosial şəbəkəyə yerləşdirmələri tövsiyə olunur.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!