19 Avqust, 2014
"Qara Qartal" "Arsenal"a qarşı

Bu gün Çempionlar Liqasında pley-off mərhələsinin oyunlarına start veriləcək.

Simsar.Az-ın məlumatına görə, ilk oyun günündə beş qarşılaşma baş tutacaq.

Türkiyənin "Beşiktaş" klubu öz meydanında İngiltərə nəhəngi "Arsenal"ı qəbul edəcək. "Qarabağ"ı mübarizədən kənarlaşdıran Avstriyanın "Zalsburq" klubu isə "Malmö"nü (İsveç) sınağa çəkəcək.

Qeyd edək ki, pley-off mərhələsinin digər beş qarşılaşması sabah axşam keçiriləcək. Bütün qarşılaşmalar eyni saatda, Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

 

19 avqust

 

Çempionlar Liqası, pley-off mərhələsi

 

23:45. "Beşiktaş" (Türkiyə) - "Arsenal" (İngiltərə)

 

23:45. "Kopenhagen" (Danimarka) - "Bayer" (Leverkuzen, Almaniya)

 

23:45. "Napoli" (İtaliya) - "Atletik" (Bilbao, İspaniya)

 

23:45. "Zalsburq" (Avstriya) - "Malmö" (İsveç)

 

23:45. "Styaua" (Rumıniya) - "Ludoqorets" (Bolqarıstan)

 

20 avqust

 

23:45. "Olborq" (Danimarka) -  APOEL (Kipr)

 

23:45. "Lill" (Fransa) - "Portu" (Portuqaliya)

 

23:45. "Maribor" (Sloveniya) - "Seltik" (Şotlandiya)

 

23:45. "Slovan" (Slovakiya) - BATE (Belarus)

 

23:45. "Standart" (Belçika) - "Zenit" (Rusiya)

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!