19 Avqust, 2014
Səddam Hüseynin şəhərinə hücum başladı

İraq ordusu Səddam Hüseynin şəhərini geri almaq istəyir.

İraq ordusu İŞİD-in nəzarətində olan Tikrit şəhərini geri almaq üçün geniş miqyaslı hərbi əməliyyata başlayıb.

İraqın sabiq prezidenti Səddam Hüseynin doğulduğu şəhərə hücumlar bu gün səhər saatlarından başladığı bildirilir.

Qeyd edək ki, İraq ordusunun aviasiyası İŞİD-in mövqelərinə hava zərbələri endirib.

Qeyd edək ki, dünən ABŞ hərbi hava təyyarələrinin dəstəyi ilə Mosul bəndi İŞİD-dən geri alınmışdı.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!