19 Avqust, 2014
Suriyada daha bir vətəndaşımız öldürüldü

Suriyada daha bir azərbaycanlı öldürülüb.

APA-nın məlumatına görə, öldürülən azərbaycanlı “İslam Dövləti” silahlı qruplaşması tərkibində vuruşan Masallı rayonu Ərkivan kənd sakini Mustafayev Ramil Davud oğludur.

O, bir neçə gün əvvəl Zərdab rayon sakini Ramiz Ağasəf oğlu Abdullayevlə birgə öldürülüb.

Xatırladaq ki, APA iki gün əvvəl R. Abdullayevin Suriyada öldürülməsi barədə məlumat yayıb.

Qeyd edək ki, Suriyada vəziyyət gərginləşəndən sonra bir qrup Azərbaycan vətəndaşı bu ölkəyə gedərək müxtəlif qruplaşmaların tərkibində vuruşmağa başlayıb. Ötən müddət ərzində həmin döyüşlərdə yüzlərlə azərbaycanlı həyatını itirib.

Onların bir çoxunun fotosu mücahidlər tərəfindən sosial şəbəkələrdə yayılıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!