19 Avqust, 2014
Obama tətilini yarımçıq qoydu - “Qara Üsyan” qızışır - VİDEO - FOTOLAR

ABŞ-ın Ferquson şəhərində silahsız qaradərili bir gəncin polis tərəfindən öldürülməsindən sonra başlayan etiraz aksiyaları artmaqda davam edir. Polisin sərt müdaxiləsi hadisələrin qarşısını ala bilmir. Prezident Obama, polisin sərt davranışı barədə deyilən, “polis orduya çevrilir” tənqidləriylə əlaqədar, yerli polis qüvvələrini hərbi təchizatla təmin edən proqramların yenidən gözdən keçrilməsinin faydalı olacağını deyib. Ümumilikdə etiraz aksiyalarında 31 nəfər həps edilib.

Obama: Qəzəbi başa düşürəm, amma…

Ferqusonda çıxan hadisələrlə bağlı tətilini 2 günlüyünə yarıda kəsib Vaşinqtona gələn Obama, KİV-lərə açıqlama verib.

Obama, bu hadisəylə bağlı ədliyyə naziri Erik Holder və Missouri rəhbəri Jay Nixon ilə görüşdüyünü bildirib. Prezident, Holderin sabah fürqusona gedərək, FTB səlahiyyətliləri ilə görüşəcəyini deyib.

Prezident ABŞ-da qaralara hələ də fərqli davranıldığı reallığını qəbul edib

Obama vətəndaşların qəzəbini başa düşdüyünü deyib: “Michael Brounun ölümünün yaratdığı qəzəbi başa düşürəm, amma yağmalamaq, silah gəzdirmək və polisə hücum etmək xaosa səbəb olur”.

Ölkədə ağlar və qaralara qarşı davranışların və aldıqları cəzaların fərqli olması məsələsinə də toxunan Obama, bu məsələdə yalnışları düzəltmək üçün daha çox qoruyucu tədbirlərə və maarifləndirməyə ehtiyyac olduğunu deyib.

Vüsal Qarayev

 


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!