19 Avqust, 2014
"Qarabağ" - "Tvente" matçına nə qədər bilet satılıb?

Avropa Liqasının pley-off mərhələsində keçiriləcək “Qarabağ” – “Tvente” oyununa böyük maraq var.

Bu haqda Simsar.Az saytına klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov məlumat verib. Onun sözlərinə görə, artıq 10 min bilet satılıb.

Qarşılaşmanın başlamasına qədər qədər bütün biletlərin satılıb qurtaracağını gözlənilir.

Xatırladaq ki, “Qarabağ” – “Tvente” matçı avqustun 21-i, Tofiq Bəhramov adına Respublika stadionunda  keçiriləcək. Oyun saat 21.00-da başlanacaq.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!