4 Aprel, 2011
AXCP Ali Məclisinin sədri infarkt keçirib

Həsən Kərimov reanimasiyaya yerləşdirilib

İctimai Palatanını aprelin 2-də keçiridyi mitinq zamanı həbs edilən AXCP Ali Məclisinin sədri Həsən Kərimovun səhhəti polis idarəsində qəfl pisləşdiyindən xəstəxanaya yerləşdirlib. AXCP-dn verilən məlumata görə, təzyiqlərə məruz qalan siyasətçinin səhhətində fəsadlar yarandığı üçün onu saxlandığı Səbayel rayon polis idarəsindən 4 nömrəli xəstəxanaya apararaq AXCP Ali Məclisinin sədri reanimasiya şöbəsinə yerləşdiriblər. Yaxınları AXCP yetkilisinin infarkt keçirdiyini deyir. Hələ ki, həkim mətbuata açıqlama verməyib.  

Dünən Həsən Kərimovun hətta ölüm xəbəri də yayılıb.

Daha sonar Həsən Kərimov “Azadlıq” radiosuna deyib ki, Polis İdarəsində rəisin onu pis söyüşlərlə təhqir etməsindən sonra 3-cü dəfə infarkt keçirib.

DİN mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə isə deyilənləri polisin nüfuzuna və işgüzar imicinə kölgə salma və xələl gətirmə cəhdi kimi qiymətləndirib. O, H.Kərimova təzyiqlərin olmadığını vurğulayıb.

Son məlumatlara görə, Həsən Kərimovu Mərkəzi Kliniki Xəstəxanaya köçürüblər.

Ruslan

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!