19 Avqust, 2014
“Dübəndi”də qəza – Ölən var

Bu gün saat 11:00 radələrində, ARDNŞ-nin Neft Kəmərləri İdarəsinin “Dübəndi” Neftaşırma sahəsində qəza baş verib.

Simsar.az xəbər verir ki, 13B neft çənləri parkında podrat müqaviləsi əsasında işləyən “İlqar-NNT” MMC-nin əməkdaşı Həsənov Fərid Eldar oğlu, RVS-5000 tipli 5 nömrəli çənin içərisində qum şırnağı ilə təmizləmə işləri aparan zaman ayaqaltı aşıb və o, aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib.

Hazırda hadisə ilə bağlı yaradılmış komissiya tərəfindən araşdırma aparılır. Araşdırmanın nəticəsi haqqında məlumat veriləcək.

Vüsal Qarayev


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!