19 Avqust, 2014
Bakı Metropoliteni fransızların nəzarətində - Memorandum

“Bakı Metropoliteni” QSC ilə “THALES SA” arasında müqavilə imzalanıb.

Fransa Prezidenti cənab Fransua Ollandın Azərbaycan Respublikasına rəsmi səfəri zamanı “Bakı Metropoliteni” QSC ilə Fransanın 3 şirkəti arasında 5 Anlaşma Memorandumu imzalanıb.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə “Alstom Transport SA”, “BOUYGUES TRAVAUX PUBLİCS, LLS”, “THALES S.A” şirkətləriylə imzalanan Anlaşma Memorandumunda nəzərdə tutulan işlərin həyata keçirilməsi üçün adıçəkilən şirkətlərlə qarşılıqlı əməkdaşlıq edilməsi və müvafiq müqavilələrin imzalanması nəzərdə tutulub. Artıq belə bir müqavilə “THALES SA” şirkətilə imzalanıb.

İmzalanan ilk müqaviləyə əsasən, Fransa şirkətindən idarəetmə və işarəvermə avadanlıqlarının alınması nəzərdə tutulub. İlkin mərhələdə alınacaq avadanlıqlar Bakı Metropoliteninin tikilməkdə olan Avtovağzal və Memar Əcəmi-2 (Bənövşəyi xətt) stansiyalarında istifadə ediləcək. Müqavilədə müasir tələblərə cavab verən, dünya miqyaslı qabaqcıl texnologiyalardan olan idarəetmə və işarəvermə avadanlıqlarının alınması, quraşdırılması, proqram təminatı və sair məsələlər ös əksini tapıb. Yeni sistemin tətbiqi ilə bütün idarəetmə və işarəvermənin tam avomatlaşdırılması, həmçinin bu sahədə insan faktorunun minimuma endirilməsi nəzərdə tutulub.

Hüseyn İbadlı


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!