4 Aprel, 2011
“SABİR RÜSTƏMXANLI ZİYALI DEYİL”- “FUTBOLA AYRILAN PULLAR DÜZGÜN XƏRCLƏNMİR”

İki deputat arasında “qoyun” çəkişməsi

Millət vəkili Sabir Rüstəmxanlı millimizin Belçikaya məğlubiyyəti ilə bağlı fikirlərini bildirərkən futbolçuları "qoyun sürüsü" adlandırıb. 

Deputatın bu açıqlamasını həmkarı, AFFA prezidenti Rövnəq Abdullayev cavabsız qoymayıb: «Ziyalı futbolçuları qoyun adlandırırsa, onlardan necə yaxşı oyun gözləyə bilərik. Ümumiyyətlə mən beləsini ziyalı adlandırmıram».


Artıq Sabir Rüstəmxanlı da AFFA prezidentinə cavab verib. Millət vəkili musavat.com saytına açıqlamasında futbola ayrılan pulların düzgün istiqamətdə xərclənmədiyini bildirib: "Aprelin 1-də futbol barədə mənim fikrimi soruşublar. Amma zarafat günü olmasına baxmayaraq tam ciddi şəkildə demişəm ki, Belçikadakı oyunda mənim gördüyüm Azərbaycan komandası qoyun sürüsünü xatırladırdı. Ziyalılığın bura nə dəxli var?! Mən bir vətəndaşam. İşlətdiyim ifadə kimsəni təhqir etməyə yönəlməyib. Rövnəqin məsələyə o təhqir prizmasından yanaşması artıq onun öz ziyalılığıdı".

RAMİL










Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!