19 Avqust, 2014
Moskvada xalq artistinin xatirəsi anıldı

Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin, Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) və Müslüm Maqomayev adına Fondun təmsilçiləri görkəmli Azərbaycan musiqiçisi, SSSRİ-nin və Azərbaycanın Xalq Artisti Müslüm Maqomayevin xatirəsini anıblar.

Simsar.az xəbər verir ki, Müslüm Maqomayevin Azərbaycanın Moskvadakı səfirliyi yaxınlığında ucaldılmış abidəsi önünə Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi, ÜAK və dünya şöhrətli musiqiçinin adını daşıyan Fond adından əklillər və tər çiçəklər düzülüb.

Tədbirdə çıxış edənlər dahi azərbaycanlı ifaçının həyat və yaradıcılığından söz açıb və onunla bağlı xatirələrini bölüşüblər.

Günel


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!