18 Avqust, 2014
İraq ordusu Mosul bəndini azad etdi

İraqda kürdlərin dəstəklədiyi ordu qüvvələri Mosul bəndini İŞİD-dən azad edib.

Simsar.az-ın məlumatına görə, İraq Müdafiə Nazirliyindən verilən açıqlamada bildirilib ki, ordu, kürdlər, ABŞ və İraq hərbi hava qüvvələrinin birgə həyata keçirdiyi hücum nəticəsində Mosul bəndinə nəzarət tamamilə ələ alınıb.

Məlumata görə, İŞİD-in qurduğu 170 tələ ordu qüvvələri tərəfindən zərərsizləşdirilib.

Əməliyyat nəticəsində 11 İŞİD üzvü öldürülüb.

Onların arasında 7 nəfər terror təşkilatının idarəçisi olduğu bildirilir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!