18 Avqust, 2014
Dənizdə batan şəxslər xilas edilib

Dənizdə batan şəxslər xilas edilib.

Simsar.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Sabunçu rayonunda dənizdə, "Bilgəh" sularda xilasetmə məntəqəsinin ərazisində bir nəfər batmaq təhlükəsi ilə üzləşib.

Batan şəxs nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunub.

Həmçinin, Sumqayıt şəhərinin Tağıyev qəsəbəsində dənizdə, "Tağıyev" sularda xilasetmə məntəqəsinin ərazisində batmaq təhlükəsi ilə üzləşən 1 nəfər FHN-in dalğıc-xilasediciləri tərəfindən xilas edilib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!