18 Avqust, 2014
Ankara səfirdən izahat istədi

Türkiyə hakimiyyəti mediada Almaniya kəşfiyyatının 2009-cu ildən NATO üzrə ölkə tərəfdaşlarının izlənməsi xəbərlərindən sonra Almaniya səfiri Eberxard Xolldan izahat tələb edib.

 

Simsar.az-ın məlumatına görə, Almaniyanın Federal kəşfiyyat xidmətinin fəaliyyəti haqqında məqalə “Spiegel” alman nəşrində yayılıb.

 

Jurnalda həmçinin iddia edilir ki, xidmətin əməkdaşları ABŞ-ın dövlət katibi Con Kerri və sabiq dövlət katibi Hillari Klintonun telefon söhbətlərini dinləyiblər.

 

İdarənin nümayəndələri bu informasiyanı təkzib ediblər.

 

Qeyd edək ki, iyul ayında Almaniyada ABŞ tərəfindən kansler Angela Merkelin izlənməsi haqqında informasiya sızdıqdan sonra böyük qalmaqal qopmuşdu.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!