18 Avqust, 2014
Tarixi şəxsiyyətlərin büstləri sərgilənəcək

Avqustun 20-də Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə İçərişəhərdəki Kiçik Qala küçəsində yerləşən açıq səma altındakı sərgi mərkəzində “Yaşayan tarix” adlı heykəltəraşlıq üzrə festival-sərgi keçiriləcək.

Simsar.az xəbər verir ki, sərgidə qəbul edilən ərizə və keçirilmiş müsahibə nəticəsində seçilən 20 gənc heykəltəraşın bir ay ərzində hazırladıqları Azərbaycanın və dünyanın tarixi şəxsiyyətlərinin büstləri nümayiş etdiriləcək.

Layihənin məqsədi Azərbaycan incəsənətinin və heykəltəraşlıq sənətinin inkişafına təkan vermək, gənc istedadlı heykəltəraşların tapılıb üzə çıxarılması və onların tanıdılması, həmçinin digər tanınmış rəssam və yaradıcı insanlarla, o cümlədən professional heykəltəraş və rəssamlarla əlaqələrinin yaradılması və möhkəmlənməsi, tanınmış şəxsiyyətlərin büst və heykəllərinin gələcəkdə şəhərin ayrı-ayrı yerlərində yerləşdirilməsinə kömək edir.

Günel


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!