18 Avqust, 2014
Körpəsi oğurlanan ailədən ictimaiyyətə müraciət

Azərbaycanda iki aylıq körpəsi oğurlanan ailə ictimaiyyətə müraciət edib. Sumqayıt şəhər Polis İdarəsindən APA-ya verilən xəbərə görə, uşağın valideynləri körpəni oğurlayan qadın haqqında məlumatı olan və bu barədə polisə məlumat verən şəxslərə yüksək məbləğdə pul mükafatı vəd ediblər.

Uşağı və ya qadını görənlərdən Sumqayıt şəhər Polis İdarəsinin (018) 654-02-02 və ya (070) 510-22-50 nömrələrinə məlumat vermələri xahiş olunur.

Məlumat verən şəxsin anonimliyi qorunacaq.

Polisdən həmçinin oğurlanan körpənin fotosunu da APA-ya təqdim ediblər.

Qeyd edək ki, hadisə avqustun 13-də Sumqayıt şəhərində baş verib. Sumqayıt şəhəri, 29-cu kvartal, ev 11/16, mənzil 30 ünvanında yaşayan Aysel Əhmədovanın 2 aylıq körpəsi naməlum şəraitdə oğurlanıb.


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!