18 Avqust, 2014
Neftçilər prospektində tıxac

Bakıda nəqliyyatın intensiv olduğu Neftçilər prospektində tıxac yaranıb.

Simsar.az  Lent.az-a istinadən xəbər verir ki, prospektin Hökumət evinin qarşısından keçən hissəsində aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinin qismən məhdudlaşdırılması yolda sıxlığın yaranmasına səbəb olub.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib ki, həmin istiqamətdə hərəkət edən sürücülərə alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

Simsar.az

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!