18 Avqust, 2014
“WikiLeaks” in qurucusu təslim olur

2 ildir London Səfirliyində yaşayan “WikiLeaks” in qurucusu Culian Assance bu günlərdə səfirlikdən ayrılmağı planlaşdırdığını açıqlayıb.

Simsar.az “Röyters” xəbər agentliyinə istinadən xəbər verir ki, iki ildi qaldığı Ekvador Səfirliyindən bu günlərdə ayrılacağını söyləyən Assance, bundan artıq məlumat verməyib. İsveçdə haqqında başladılan cinsi istismarda günahlandırılan Assance uzun müddət idi ki, Ekvador Səfirliyində siyasi sığıncaqda yaşayırdı. Onun Londonda yaşadığı müddət ərzində səhhətinin yerində olmadığını bildirib. Assance polisə təslim olacağını deyib.

Ekvador İngiltərəni Assance mövzusunda diplomatik həll ilə razılaşmamaqda günahlandırır.

Günel


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!