18 Avqust, 2014
Obama İŞİD-ə zərbəyə icazə verdi

ABŞ prezidenti Barakl Obama İraq silahlı qüvvələrinin Mosul şəhəri rayonunda yerləşən böyük damba üzrəində nəzarəti bərpa etmələrinə yönəldilmiş “İslam dövləti” (İŞİD) təşkilatı silahlılarının mövqelərinə aviazərbələr endirilməsinə icazə verib.

Simsar.az “radiomayak.ru” saytına istinadla verdiyi xəbərə görə, bu barədə “Reuters” agentliyi Ağ ev bəyanatındakı məlumatı çatdırıb.

Kürd hərbiləşdirilmiş birləşmələrinin bazar günü ABŞ aviasiyası dəstəyi ilə İŞİD silahlılarından ölkənin şimalında Mosul şəhəri yaxınlığındakı dambanı azad edə bildikləri barədə məlumat verilib.

Obyekt üzərində nəzarətin təxminən 10 gün ərzində silahlı ekstremistlərin əlində qaldıqdan sonra bərpa edildiyi qeyd edilir.

Hüseyn İbadlı

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!