18 Avqust, 2014
Əlil gənclərin satış-sərgisi olacaq

Avqustun 20-də Filarmoniya bağında “Xəyallarımızın rəsmlərdəki tərənnümü” mövzusunda satış-sərgi keçiriləcək.

Simsar.az xəbər verir ki, layihə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə yardımı, Yeni Ramanada yerləşən sağlamlıq imkanları məhdud gənclərin peşə reabilitasiya mərkəzi və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin dəstəyi ilə təşkil edilir.

Sərgidə sağlamlıq imkanları məhdud gənclərin peşə reabilitasiya mərkəzində peşə hazırlığı keçən gənclərin əl işləri və rəsmləri nümayiş olunacaq.

Açıq havada təşkil olunacaq satış-sərginin məqsədi gənclərin səsini əl işləri və rəsmləri vasitəsilə çatdırmaqdır.

Tədbirdə müxtəlif müəssisə və qurumların nümayəndələri iştirak edəcəklər.

Günel


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!