18 Avqust, 2014
Çinin cənubu sarsıldı

Çinin cənubunda yerləşən Yüannan əyalətinin Yongşan şəhərində 5.gücündə zəlzələ baş verib.

Simsar.az  Çinin Şinhua agentliyinə istinadən xəbər verir ki, yerli mütəxəssislər 5,0 gücündə olan zəlzələnin episentirinin Yongşan şəhrinin Vuci qəsəbəsində, yerin 7 kilometrliyində meydana gəlib. Zəlzələ nəticəsində 463 evin zərər gördüyü, 45 evin dağıldığı və 575 evin yararsız hala gəldiyi qeyd edilib. Mütəxəssislər, 20 nəfərin yaralandığını, 647 nəfərin isə ərazidən köçürüldüyü açqlanıb. Polis, əsgər və xilasetmə qrupları ilə birlikdə 1200 personalın axtarma, xilasetmə məqsədi lə bölgədə olduqları deyilir.

Xatırladaq ki, Yüannan əyalətinin Yongşan şəhərinin Caotong qəsəbəsində avqustun 3-də meydana gələn zəlzələ nəticəsində 600-dən çox insan həyatını itirmişdi.

Günel


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!