18 Avqust, 2014
Çində sel 4 can aldı

Çinin şimal-qərbindəki Ningşia Hui Muxtar Vilayətinin Congerver şəhərinə yağan güclü yağışlar nəticəsində meydana gələn seldə 4 nəfər ölüb. Simsar.az xəbər verir ki, Çinin Şinhua agentliyinin verdiyi məlumata görə bölgədə elektrik kəsilib və bir neçə yol yararsız vəziyyətə düşüb. Səlahiyyətli şəxslər təhlükəli bölgədə yaşayan insanları həmin ərazidən kənarlaşdırmağa çalışır. Dayanmadan yağan yağış və sel iyirmi min ev, on yeddi hektarəkin sahəsini məhv edib. İqtisadi ziyanın 25 milyon dollar olduğu açıqlanıb. Keçən həftə Çinin cənubunda yerləşən yeddi əyalətdəki yağıntıdan isə 27 nəfər ölmüşdü.

Günel


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!