18 Avqust, 2014
Sarkisyan geri çəkilir – silahlandırma olmayacaq

Ermənistan prezidenti Serj Sarkisyan Azərbaycanla həmsərhəd olan erməni kəndlərində yaşayan sakinlərinin silahlandırılması ideyasına qarşı çıxış edib.

Simsar.az “REGNUM”-a istinadla xəbər verir ki, bu haqda dövlət başçısı dünən İctimai Şuranın üzvləriylə görüşdə bildirib.

"İctimai Şura təhlükəsizliyin təmin olunması və sərhəd xəttinin (Azərbaycanla) gücləndirilməsi məsələləri üzrə bir sıra təkliflər edib. Sərhəd kəndləri sakinlərinin silahlandırılması ideyasının ətrafında aktiv müzakirə açılıb. Prezident isə bu təklifə qarşı çıxıb.

Qeyd edək ki, bu günlərdə Ermənistanın müdafiə naziri Seyran Ohanyan Dağlıq Qarabağın müdafiəsini gücləndirilməsi üçün  Kəlbəcər sakinlərinin silahlandırılması məsələsini müzakirəyə çıxarıb.

Hüseyn İbadlı


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!