18 Avqust, 2014
Kərəm Həsənov vətəndaşları qəbul edəcək

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov, avqustun 22-də saat 11:00-da Qaxda şəhərində növbəti vətəndaş qəbulu keçirəcək.

Simsar.az-ın məlumatına görə Qax şəhərindəki Heydər Əliyev Mərkəzində keçiriləcək qəbulda Qax, Zaqatala, Balakən və Şəki rayonlarından olan vətəndaşların müraciətlərinə baxılacaq.

Qəbula yazılmaq istəyən vətəndaşlar komitənin office@emdk.gov.az elektron ünvanına yaza və qurumun aparatı (012) 490 24 08 (daxili 105, 102 və 349), Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı (Şəki) ərazi idarəsi: (2424) 4-26-20, 4-25-92) ilə saxlaya bilərlər.

Vüsal Qarayev


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!