18 Avqust, 2014
Elvis Presley yenə unudulmadı

Rokin rollun kralı, unudulmaz sənətçi Elvis Presley ölümünün 37-ci ilində ABŞ-ın Tennessee əyalətindəki Graceland qəsəbəsində yerləşən abidə məzarını önündə minlərlə pərəstişkarı tərəfindən anılıb. Simsar.az xəbər verir ki, Presleyin anası, atası və nənəsinin də dəfn edildiyi abidə məzara səhər saatlarına qədər dünyanın müxtəlif yerlərindən 5 mindən çox insan axını olub. Elvisin xatirəsinə həsr olunmuş proqrama qatılan ziyarətçilər, onun unudulmaz rəqsini sənətçinin illər boyu yaşadığı yerdə izləmək şansı əldə etdilər.

Günel


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!